Qədim Misir memarlığı
Qədim Misir memarlığı — dünya memarlığı xəzinəsinin ən erkən töhfələrindən biri sayılır. Bu zamana qədər heç bir tarixi ərazidə saysız-hesabsız və monumental qurğular yaradılmamışdır.
Dünyada ən qədim memarlıq və təsviri incəsənət örnəkləri Şərq dövlətlərinin ərazisində, ilk əvvəl Qədim Misirdə yaranmışdır. Digər xalqlar hələ tarixdən əvvəlki inkişafın mərhələsində olduğu zaman misirlilər artıq yüksək və inkişaf etmiş incəsənət əsərlərinə malik idilər. Memarlığın tarixi Qədim Misirdən başlanır.
Qədim Misir ərazisində tikilmiş nəhəng piramida və məbədlər daşdan, qranitdən yonulmuş sfinkslər (əcayıb yarıminsan, yarışir heykəllər) Qahirə, əl-Üqsür, Teben, Əsvan şəhərlərində bu günə kimi qalmaqdadır.
Bir çox qədim Misir şəhərləri günümüzə qədər gəlib çıxmamışdır. Buna əsas səbəb həmin şəhərlərin Nil çayının sahilində, daşqın zonasında yerləşməsi olmuş, nəticədə çox şəhərlər batmış, və ya ciddi zədələnərək sonda məhv olmuşdur. Yeni şəhərlər köhnələrin yerində tikilirdi, buna görə qədim şəhərlər məhv edilirdi. Ancaq Qədim Misirin quraqlıq iqlimi çiy kərpicdən (yarımfabrikatın) olan Deir al-Madina, Kaxun kimi yaşayış məntəqəsində ki, tikililər, Orta padşahlıq (müasir Al-Laxun), Buxen və Mirqissedə olan qala tikintiləri və onların qalıqları qalmışdır.